Operativ Məlumat Mərkəzi

Qəzzada ötən gün 103 nəfər həlak olub

1 dəq
Paylaş:
Qəzzada ötən gün 103 nəfər həlak olub
son sutkada 142 nəfər yaralanıb. Bununla da müharibə səbəbindən Qəzza zolağında həlak olanların ümumi sayı 29 195-ə, yaralı sayı isə 69 170-ə çatıb. Son...

İsrail ordusunun ötən gün Qəzzada HƏMAS-a qarşı keçirdiyi əməliyyatlar nəticəsində daha 103 fələstinli həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, son sutkada 142 nəfər yaralanıb.

Bununla da müharibə səbəbindən Qəzza zolağında həlak olanların ümumi sayı 29 195-ə, yaralı sayı isə 69 170-ə çatıb.

Son məlumata əsasən, İsrail ordusu Xan Yunis şəhərində yerüstü hərbi əməliyyatları başa çatdırmaq üzrədir. Artıq son günlər şəhərdə qarşıdurmaların səngidiyi qeyd olunub.

Sözügedən bölgədə düşmənə məxsus bir neçə hədəfin qaldığı və qarşıdakı günlərdə onların da zərərsizləşdiriləcəyi bildirilib. İsrail ordusunun Xan Yunisdən sonra Rəfah şəhərinə yönələcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər