İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə aviazərbələr endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin ən böyük 3-cü şəhəri olan Saydaya PUA zərbələri nəticəsində əksəriyyəti mülki şəxs olmaqla, 14 nəfər yaralanıb.
Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirirlir.
İsrail ordusu bunun, fevralın 18-də Hizbullahın İsrailin Tiberiya şəhərinə dron hücumuna cavab olduğunu bildirib.
Qeyd edək ki, İsrail-HƏMAS müharibəsinin davam etdiyi 4 ay yarım ərzində İsrail-Livan sərhədində qarşılıqlı atışmalar qeydə alınıb.