Operativ Məlumat Mərkəzi

Qəzzada 360 mindən çox qaçqın yoluxucu xəstəliklərdən əziyyət çəkir

1 dəq
Paylaş:
Qəzzada 360 mindən çox qaçqın yoluxucu xəstəliklərdən əziyyət çəkir
bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası İdarəsi, Ümumdünya Səhiyyə...

Qəzza zolağındakı qaçqın düşərgələrində ən azı 360 min yoluxucu xəstəlik qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası İdarəsi, Ümumdünya Səhiyyə Təşkilatının qaçqınlar arasında meningit, suçiçəyi, sarılıq və yuxarı tənəffüs yollarının infeksiyası hallarını qeydə aldığını bildirib.

Qəzza zolağındakı 36 xəstəxanadan yalnız 11-i xəstələri məhdud şəkildə qəbul etməyə davam edir və Fələstin ərazisinin şimal hissəsində yalnız bir tibb müəssisəsi fəaliyyət göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər