Operativ Məlumat Mərkəzi

Qəzada xəsarət alan Xalq artistinin son durumu

1 dəq
Paylaş:
Qəzada xəsarət alan Xalq artistinin son durumu
Vüsal Murtuzəliyev teleqraf.com-a açıqlamasında deyib ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalındadır: “Mehriban Zəkini xəstəxanada...

Əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Xalq artisti Mehriban Zəkinin səhhətindən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Vüsal Murtuzəliyev teleqraf.com-a açıqlamasında deyib ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalındadır:

“Mehriban Zəkini xəstəxanada ziyarət edirik, tez-tez danışırıq. İnşallah, yavaş-yavaş düzələcək. Xəstəxanadan nə zaman çıxacağı bilinmir. Hələ müalicələri davam edir. Qolunda və qabırğasında çat var”.

O, bacısı Dilarə Əliyeva haqda belə deyib: “Toparlanmağa, özünə gəlməyə çalışır”.

Vüsal Murtuzəliyev qəza zamanı dünyasını dəyişən Oqtay Əliyevin ölüm səbəbinin araşdırılmasından da danışıb:

“Hələ analizlərin cavabı məlum deyil. Yaxın günlərdə bilinəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər