Operativ Məlumat Mərkəzi

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

1 dəq
Paylaş:
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Avqustun 4-də saat 1 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon...

Avqustun 4-də saat 1 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hikmət Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər