Qərbi azərbaycanlıların ilk konqresi keçiriləcək

Qərbi azərbaycanlıların ilk konqresi keçiriləcək
Qərbi Azərbaycan
14.11.2023 13:43
Aa
dəq

Noyabrın 23-24 tarixlərində Naxçıvan Muxtar Respublikasında Prezidentin Səlahiyyətli nümayəndəliyinin, Elm və Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusuna həsr olunan konqres keçiriləcək.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib.

Rektor qeyd edib ki, Qərbi Azərbaycana həsr olunan konqresdə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin rəhbərləri, elmi-tədqiqat işçiləri, yerli universitetlərin rektorlar, nümayəndələri, tələbələr, qərbi azərbaycanlılar və digər şəxslər iştirak edəcəklər. 

Konqresin keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan həqiqətlərini yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı məsələlərin müzakirəsidir.

Qərbi Azərbaycana həsr olunan konqresin ikinci hissəsində festival təşkil olunacaq. 

Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan birinci beynəlxalq konqres ölkəmizdə ilk dəfə təşkil olunur. 

Həftənin ən çox oxunanları