Qərbi Azərbaycan İcması bəyanat yaydı

Qərbi Azərbaycan İcması bəyanat yaydı
17.03.2024 12:24
Aa
dəq

Avropa Parlamentinin bir qrup korrupsioner və irqçi deputatı mədəni irsin qorunması bəhanəsilə Azərbaycana şər atıb və onun daxili işlərinə qarışmağa cəhd edib. Parlamentarilər öz müraciətlərində bütün xalqların irsini ehtiva edən “ümumdünya mədəni irsi” universal ifadələrdən deyil, dini xətlər üzrə ayırıcı ifadələrdən istifadə edib və müstəsna olaraq, erməni irsindən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Hamıya məlumdur ki, Ermənistan öz ərazisində və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində azərbaycanlılara məxsus mədəni irsi sistematik və kütləvi şəkildə dağıdıb. Ermənistan ərazisində 300 məscid, yüzlərlə məzarlıq, çoxsaylı digər mədəni abidə yer üzündən silinib. Ermənistan oradakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi məqsədilə UNESCO missiyasının səfərinə imkan vermir.

Avropa Parlamentinin saxtakar deputatları Azərbaycana qara yaxmaq və dini əsaslarda nifaq yaratmaq əvəzinə, UNESCO missiyasının Ermənistana səfərinin həyata keçirilməsi, oradakı Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün səylər göstərməli və ən əsası, Ermənistandan qovulmuş 300 min Qərbi azərbaycanlının öz yurdlarına qayıtmasına dəstək verməlidir”.

Həftənin ən çox oxunanları

QAİ Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

QAİ Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb
DAVAMIN OXU davamın oxu

QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yayıb

QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yayıb
DAVAMIN OXU davamın oxu

QAİ beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır

QAİ beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır
DAVAMIN OXU davamın oxu

İcma: ABŞ Dövlət Departamenti və Konqresini Azərbaycana qarşı təzyiq niyyətindən əl çəkməyə çağırırıq

İcma: ABŞ Dövlət Departamenti və Konqresini Azərbaycana qarşı təzyiq niyyətindən əl çəkməyə çağırırıq
DAVAMIN OXU davamın oxu

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verib
DAVAMIN OXU davamın oxu