Qərbi Azərbaycan İcması: Avropa İttifaqının sözçüsü təxribatçı fikirləri ilə təşkilatının əsl niyyətini açıqlayıb

Qərbi Azərbaycan İcması: Avropa İttifaqının sözçüsü təxribatçı fikirləri ilə təşkilatının əsl niyyətini açıqlayıb
07.04.2024 12:17
Aa
dəq

Qərbi Azərbaycan İcması Avropa İttifaqının sözçüsü Peter Stanonun “Azadlıq” radiosunun erməni xidmətinə 6 aprel 2024-cü ildə verdiyi müsahibəsində ifadə etdiyi təxribatçı fikirlərə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, icmanın yaydığı bəyanatda deyilir:

"Aİ rəsmisi Ermənistana dair sualın cavabında ərazi bütövlüyü prinsipinin əhəmiyyətindən geniş danışıb və bununla da guya beynəlxalq hüquqa əhəmiyyət verdiklərini göstərməyə çalışıb. O, həmçinin etnik ermənilərin Azərbaycana qayıtmasına şərait yaradılması məsələsini də qaldırıb.

Sadə sual meydana çıxır – görəsən Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayanda Aİ harada idi? 8 Azərbaycan kəndinin Ermənistan tərəfindən işğalının davam etməsinə niyə hələ də susur? Nə üçün Aİ Ermənistandan sonuncu etnik təmizləmə dalğasında qovulmuş 300 min azərbaycanlının qayıtması məsələsini və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması məsələsini qaldırmır?

Belə çıxır ki, Ermənistandan azərbaycanlıların qovulmasının üstündən müəyyən müddət keçdiyi üçün onların qayıdış hüquqları daha aktual deyil. Qərbi azərbaycanlıların 30 ildən artıq Vətən həsrətlərini onlara qarşı istifadə etmək ən böyük haqsızlıqdır.

Bütün bunlar Aİ-nin etnik və dini ayrı-seçkiliyini sübut edir. Aİ nə insan haqları, nə də beynəlxalq hüquqla bağlı səmimi deyil. Aİ-nin siyasəti Azərbaycandakı ermənilərin “hüququ” kimi köhnə alətdən istifadə edərək Ermənistanı Azərbaycana qarşı təhrik etməkdən ibarətdir.

Biz Aİ-nin təxribatçı yanaşmasını qəti şəkildə rədd edir və buna son qoyulmasını tələb edirik.

Qayıdış məsələsində ayrı-seçkiyə yol verilməməli, qarşılıqlılıq prinsipinə riayət edilməli və 30 ildən artıq qayıdış intizarında olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk həll edilməlidir".

Həftənin ən çox oxunanları

QAİ Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

QAİ Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb
DAVAMIN OXU davamın oxu

QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yayıb

QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yayıb
DAVAMIN OXU davamın oxu

QAİ beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır

QAİ beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır
DAVAMIN OXU davamın oxu

İcma: ABŞ Dövlət Departamenti və Konqresini Azərbaycana qarşı təzyiq niyyətindən əl çəkməyə çağırırıq

İcma: ABŞ Dövlət Departamenti və Konqresini Azərbaycana qarşı təzyiq niyyətindən əl çəkməyə çağırırıq
DAVAMIN OXU davamın oxu

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verib
DAVAMIN OXU davamın oxu