Qərb Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını istəmir - AÇIQLAMA

Qərb Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını istəmir - AÇIQLAMA
04.09.2024 15:48
Aa
dəq

Sirr deyil ki, demokratiya və insan haqları pərdəsi altında ayrı-ayrı dövlətlərin daxili işinə müdaxilə Qərb imperializminin əsas fəaliyyət mexanizmlərindən biridir.  O cümlədən ayrı-ayrı dövlətlərdə seçkilər, xüsusən parlament seçkiləri bir qayda olaraq Qərb təsisatlarının diqqətində olur və onlar cari siyasi situasiyaları imkanlara çevirməyə çalışırlar.

Mövzu ilə bağlı  "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, heç şübhəsiz ki, 1 sentyabrda keçirilən növbədənkənar parlament seçkiləri də, bu mənada Qərb təsisatlarının diqqətində olmuş və prosesə bu və ya digər formada müdaxilə etməyə cəhd göstərmişlər. Yəni ölkə daxilində anarxiya və qarşıdurmaya ümid edən Qərb bizə münasibətdə yalnız və yalnız bəyanatlarla kifayətlənməyə məcbur olub.

“Lakin, sirr deyil ki, Gürcüstanda vəziyyət tamamilə fərqlidir və birmənalı şəkildə deyə bilərik ki, Qərb qeyri-hökumət təşkilatları şəbəkəsi ilə Gürcüstan cəmiyyətində və hətta Gürcüstan dövlət idarəçiliyi üzərində ciddi nəzarət mexanizmləri formalaşdıra bilib.

Son zamanlar Gürcüstan hakimiyyətinin bu təzyiq mexanizmlərinin imkanlarını və funksiyalarını minimuma endirmək istiqamətində səyləri fonunda əminliklə demək olar ki, Qərb təsisatlarının Gürcüstanda parlament seçkilərində davranışları kifayət qədər radikal və təhlükəli həddə çatdırmağa cəhd edəcək”.

Millət vəkili vurğulayıb ki, bir neçə ay öncə Gürcüstan Parlamentində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin şəffaflaşdırılması sahəsində qanunvericiliyin müzakirəsi və qəbulu zamanı Qərb həmin rıçaqları işə salmış və Gürcüstan hakimiyyətini çətin durumda qoymuşdu. Parlament seçkiləri isə daha konseptual və köklü məzmuna malik hadisə olduğu üçün Qərb yalnız Gürcüstan daxilindəki resursları ilə kifayətlənməyərək özünün nəzarətində olan ayrı-ayrı qlobal insan haqları təşkilatlarını bu prosesə cəlb edəcək.

“Bu mənada Gürcüstanda parlament seçkiləri əslində yeni hökumətin və parlamentin formalaşması prosesi yox, Gürcüstanın Qərbin imperialist təsirindən qurtulma imkanı kimi dəyərləndirilməlidir”, - deyə millət vəkili bildirib.

Digər müsahibimiz politoloq Əziz Əlibəyli deyir ki, parlament savaşları gedir və Gürcüstandakı seçkilər Avropa Birliyi, Birləşmiş Ştatlar və Rusiya arasında ciddi mübarizənin olduğunu göstərir.

“Məncə ölkənin rəhbəri Zurabaşvili daxil olmaqla, bir sıra şəxslər, o cümlədən QHT-lər, vətəndaş cəmiyyəti 30 il boyunca maddi və siyasi baxımdan dəstək alan qruplar Qərbin güclü şəkildə təşkilatlandırdığı beyin mərkəzləri  Gürcüstan hakimiyyətini devirməyə çalışacaqlar”.

Politoloq elə hesab edir ki, burada önəmli rollardan birini də ATƏT oynayır.

“Həm ölkənin prezidenti, həm də müxalifət Qərblə birlikdə hərəkət edəcək və açığı qalib gələrlərsə, Rusiyaya qarşı Qafqazda Ermənistandan sonra ikinci bir cəbhəni açmış olacaqlar. Qalib gəlməzlərsə, bu bir az problemli görünür, ancaq böyük ehtimalla indiki iqtidar hakimiyyəti qoruyacaq”, - deyə Ə.Əlibəyli sonlandırıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY
DAVAMIN OXU davamın oxu

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq
DAVAMIN OXU davamın oxu

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY
DAVAMIN OXU davamın oxu