Qəbələdə mikroavtobusla minik avtomobili toqquşub, 20 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Qəbələdə mikroavtobusla minik avtomobili toqquşub, 20 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB
26.05.2023 16:19
Aa
dəq

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib.

TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.

15:12***

Daxili İşlər Nazirliyi Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, mayın 26-da saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu