“Qəbələ” sabiq futbolçusunu transfer edib

“Qəbələ” sabiq futbolçusunu transfer edib
09.01.2024 20:06
Aa
dəq

2023/2024-cü illər mövsümünün ikinci hissəsinə hazırlaşan “Qəbələ” qış transfer dövründə ilk futbolçu keçidini gerçəkləşdirib.

Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, “qırmızı-qaralar” Mozambik millisinin üzvü Klesio Bauku heyətinə qatıb. 29 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb.

Təcrübəli vinger 2019/2020-ci illər mövsümündə də “Qəbələ”nin formasını geyinib. Bauk “qırmızı-qara” forma ilə 22 oyunda 3 qol vurub. O, Premyer Liqada 18, Azərbaycan Kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.

Futbolçu karyerasına "Ferroviariu" klubunda başlayan Klesio "Benfika" (2012-2013), “Benfika B” (2013-2016), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-2018), “İstanbulspor” (2018-2019), “Zirə” (2020-2021), “Maritimu” (2021-2023), “Maritimu B” (2021) və “Honka” (2023) komandalarının formalarını geyinib. Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur. Bauk millidə 46 oyuna 7 qol vurub.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu