Əsas məzmuna keç

Qazaxıstanın Baş naziri İlham Əliyevi TDT-nin qeyri-rəsmi görüşünə dəvət edib

Qazaxıstanın Baş naziri İlham Əliyevi TDT-nin qeyri-rəsmi görüşünə dəvət edib

Oljas Bektenov dövlət başçısını 15 mayda Türküstana çağırıb. Türk Dövlətləri Təşkilatı və Xəzərdəki fiber-optik kabel layihəsi üzrə mühüm detallar məlum olub.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Qazaxıstanın Baş naziri Oljas Bektenov Preizdenti İlham bu ilin may ayının 15-də Türküstan şəhərində keçiriləcək TDT-nin qeyri-rəsmi görüşündə iştiraka dəvət edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Oljas Bektenov bu gün İlham Əliyevin qəbulunda olarkən çıxışı zamanı bildirib:

"Sizi və təşkilata üzv dövlətlərin rəhbərlərini cari ilin 15 may tarixində müqəddəs Türküstan şəhərində TDT-nin qeyri-rəsmi görüşündə gözləyirik və yüksəksəviyyəli qonaqları qarşılamağa hazırlaşırıq.

Azərbaycan və Qazaxıstan arasında münasibətlər olduqca dinamik şəkildə inkişaf edir. Bizim çoxsaylı böyük iqtisadi layihələrimiz var. Bu il biz ilk mühüm, strateji layihəmiz olan, Avropanı və Asiya regionu ilə birləşdirəcək, Xəzər dənizinin dibi ilə inşa edilən fiber-optik kabel layihəsini başa çatdıracağıq. Ümid edirik ki, həmin layihə bütün dövlətlərimizin, regionumuzun inkişafına böyük təkan verəcək. Təşkilatı çərçivəsində bizim həmkarlar, dostlar və qardaşlar arasında olduqca yaxşı, səmimi və etimad üzərində qurulmuş əlaqələrimiz var. İqtisadi layihələrimizin sayı olduqca çoxdur. Hökumətlər səviyyəsində həmkarlarımızla sıx əlaqədəyik, tez-tez görüşürük və məsələləri öz səviyyəmizdə həll etməyə çalışırıq ki, rəhbərlərimiz görüşərkən müsbət dəyişiklikləri müzakirə etsinlər".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?