“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə "Kamkor Lokomotiv" müəssisəsi arasında imzalanmış müqaviləyə əsasən, əsaslı təmir üçün Qazaxıstana göndərilmiş manevr teplovozlarından biri Bakıya çatdırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Prezident: Serbiyada elektrik stansiyasının tikintisi Azərbaycanın Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq
İlham Əliyev: İşğaldan azad edilən bölgələri bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir
Prezident: Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına çevrilməkdir
Bildirilib ki, TEM2U lokomotivi son 22 ildə ilk dəfə olaraq zavod təmirindən keçib və Biləcəri çeşidləmə parkında yüklərin aidiyyəti üzrə çeşidlənməsi işlərinə cəlb olunacaq.
Müqavilə şərtlərinə uyğun olaraq, indiyədək bu məqsədlə Qazaxıstana 6 lokomotiv göndərilib, əlavə olaraq 5 lokomotivin yola salınması üçün hazırlıq işləri davam etdirilir.
Normalara əsasən, manevr teplovozlarının birinci səviyyəli əsaslı təmiri 7,5 ildən bir, ikinci səviyyəli əsaslı təmiri isə 15 ildən bir həyata keçirilməlidir. Lokomotivlərin uzun müddət istismar olunduğunu nəzərə alsaq, onların vaxtlı-vaxtında təmir olunmaması lokomotivlərin sıradan çıxmasına, aradan qaldırılması mümkün olmayan nasazlıqların yaranmasına səbəb olur.
Hazırda Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin artmasını və gələcəkdə daha da artacağını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə, habelə əsaslı təmirinə ciddi önəm verir.
Qeyd olunub ki, Qazaxıstana göndəriləcək 11 ədəd manevr teplovozunun və Latviyaya 4 ədəd ikihissəli lokomotivin bu il Bakıya təhvil verilməsi planlaşdırılır.
ADY-nin lokomotiv parkında hazırda 84 ədəd manevr lokomotivi mövcuddur.