"Qazaxıstan hakimiyyəti milli maraqları nəzərə alan konstruktiv və balanslaşdırılmış xarici siyasət yürütmək əzmindədir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev “Suveren Qazaxıstan” qəzetində dərc olunan müsahibəsində bildirib.
"Biz milli maraqları nəzərə alan konstruktiv və balanslaşdırılmış xarici siyasət aparacağıq. 2024-cü ildə ölkəmiz bir çox böyük sammit və forumlara ev sahibliyi edəcək. Qazaxıstan eyni zamanda bir çox böyük beynəlxalq təşkilatlara sədrlik edəcək: Şanxay Əməkdaşlıq Təşkilatı, Kollektiv Təhlükəsizlik Sazişi, Türk Dövlətləri Təşkilatı, Aral Dənizinin Bərpası üzrə Beynəlxalq Fond və İslam Qida Təhlükəsizliyi Təşkilatı", - deyə vurğulayıb.
“Qazaxıstanda keçiriləcək Dünya Köçəri Oyunları böyük hadisə olacaq. Onlar həm milli idman növlərinin və sağlam həyat tərzinin kütləviləşdirilməsi, həm də Böyük Çölün köçəri sivilizasiyasının varisləri olan qardaş xalqlar arasında mədəni-bəşəri əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir”,- deyə Tokayev bildirib.