Operativ Məlumat Mərkəzi

Qaz kartına pul yükləyə bilməyəcəksiniz - XƏBƏRİNİZ OLSUN

1 dəq
Paylaş:
Qaz kartına pul yükləyə bilməyəcəksiniz - XƏBƏRİNİZ OLSUN
Qaz kartlarına ödəniş sistemi müvəqqəti əlçatmaz olacaq. Azəriqazın AGİS sistemi yeni bazaya köçürülür - abonentlərə xəbərdarlıq.

Bu gün saat 22:00-dan sabah saat 12:00-dək qaz abonentləri üçün ödəniş sistemi əlçatmaz olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCA R) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Buna səbəb "SmartElektroniks" MMC tərəfindən "Azəriqaz"ın AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

Qeyd olunub ki, abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart-kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər