Əsas məzmuna keç

Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı

Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı

İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub. ...

İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində törədilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov ilə xəsarət yetirib.

A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

K.Zərbəliyev əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti olan “Lion” markalı ov tüfəngi götürülüb.

DİN-in Mətbuat Xidmətindən əlavə edilib ki, K.Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib, öz raportu əsasında bir müddət öncə xidmətdən xaric olunub.

Araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…