Əsas məzmuna keç

Qətər və tərəfdaşları ABŞ-İran danışıqlarını bərpa etməyə çalışır

Qətər və tərəfdaşları ABŞ-İran danışıqlarını bərpa etməyə çalışır

Qətər Xarici İşlər Nazirliyi ABŞ və İran arasında dialoqun yenidən başlaması üçün regional tərəfdaşlar və Çinlə birgə fəaliyyət göstərildiyini açıqlayıb.

ru en

tərəfdaşları və Çinlə birlikdə ABŞ və İran arasında danışıqların olunması istiqamətində səylər göstərir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin Media məsələləri departamentinin rəhbəri İbrahim əl-Haşimi açıqlayıb.

Onun sözlərinə görə, əsas məqsəd böhrana son qoymaq və regionda gərginliyin daha da artmasının qarşısını almaqdır.

“Biz böhrana son qoymaq və regionda eskalasiyanı dayandırmaq məqsədilə Çin də daxil olmaqla regional və qlobal tərəfdaşlarla birlikdə dialoqu bərpa etməyə çalışırıq”, – əl-Haşimi deyib.

O bildirib ki, Hörmüz boğazının açılması regiondakı bütün tərəflər üçün böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İran ərazisindəki obyektlərə endirib. İran tərəfi də buna cavab olaraq zərbələr həyata keçirib.

İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalasa da, sonradan tərəflər yenidən qarşılıqlı zərbələr endirib. Hazırda münaqişə həll olunmamış olaraq qalır.

Gərginliyin artması nəticəsində Hörmüz boğazından gəmiçilik demək olar ki, dayanıb. Sözügedən marşrut neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın dünya bazarlarına çatdırılması üçün əsas dəhlizlərindən biridir.

Nəticədə dünyanın əksər ölkələrində yanacağın qiyməti yüksəlib. Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, hazırda ABŞ-də benzinin orta qiyməti bir qallon üçün təxminən 4,1 dollar təşkil edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…