"Qarabağ"ın dəyərini heç vaxt unutmayacam.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, o bu barədə "Neftçi TV"-yə verdiyi müsahibədə deyib.
"Azərkeşlərə, rəhbərliyə, "Qarabağ"a təşəkkürümü bildirirəm. "Qarabağ" azərkeşlərinin dəyəri hər zaman məndə qalacaq. Mühakimə yürütsələr belə mənim onlara deyəcəyim söz yalnız təşəkkürdü. 18 ildə mənə möhtəşəm dəstək oldular, sahibləndilər məni, bir ailə üzvü kimi məni qorudular. Ömrümün sonuna qədər onlara təşəkkür edəcəm. Bu, mənim həm mənəvi, həm də əxlaqi tərəfdən borcumdur", - deyə Qara Qarayev qeyd edib.