"Qarabağ"ın qapıçısı: "Əziyyətimin hədər getməməsi məni sevindirir"

"Qarabağ"ın qapıçısı: "Əziyyətimin hədər getməməsi məni sevindirir"
06.01.2024 16:09
Aa
dəq

"Əziyyətimin hədər getməməsi məni sevindirir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "Matç TV"yə açıqlamasında "Qarabağ"ın futbolçusu Andrey Lunyov deyib.

Ağdam təmsilçisinin rusiyalı qolkiperi 2023-cü ilin onun üçün çox pis başladığını bildirib: "İlin əvvəli o qədər iyrənc idi ki, bundan pis olacağını düşünmək belə mümkün deyildi. Amma ilin sonunda hər şey düzəldi. İnanırdım ki, hər şey yoluna düşəcək. Bunun üçün bütün imkanlarımı səfərbər etmişdim".

32 yaşlı qolkiper öz çıxışını dəyərlədnirib: "Zədədən sonra futbola qayıtdım. Bu da mənim üçün ən vacibidir. Çoxları zədənin ağır nəticələr verə biləcəyini deyirdi. Lakin hər şey yaxşı qurtardı. Ona görə də özümə "4+" qiymətini verərdim".

Lunyov 2024-cü ildən gözləntilərini də açıqlayıb: "Qarşıma konkret hədəf qoymuram. Əvvəllər necə çalışırdımsa, yeni ildə də maksimum məşq edəcəm. Əsas odur ki, zədə olmasın".

Qeyd edək ki, "Qarabağ" Andrey Lunyovu 2023-cü ilin avqustunda Almaniyanın "Bayer 04" klubundan 1 illik icarəyə götürüb.

 

Həftənin ən çox oxunanları

Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda keçiriləcək

Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda keçiriləcək
DAVAMIN OXU davamın oxu

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb
DAVAMIN OXU davamın oxu

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu