Operativ Məlumat Mərkəzi

Qarabağın erməni sakinləri üçün 30 iritutumlu avtobus Xankəndiyə yola salınıb

1 dəq
Paylaş:
Qarabağın erməni sakinləri üçün 30 iritutumlu avtobus Xankəndiyə yola salınıb
{"az":"Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri tərəfindən Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq...","en":"","ru":""}

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri tərəfindən Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq nəqliyyat vasitələrinin ayrılmasına dair müraciət daxil olmuşdur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"ə bildirilib ki, həmin nəqliyyat vasitələri ilə Xankəndi şəhərində və ora yaxın ərazilərdə yaşayan, şəxsi avtomobilləri olmayan mülki şəxslərin daşınması nəzərdə tutulur.

Müraciətə müsbət baxılaraq, sentyabrın 28-də 30 iritutumlu avtobus Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər