Qarabağa avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılacaq

Qarabağa avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılacaq
25.06.2024 18:40
Aa
dəq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayı üçün biletlər 27 iyun saat 11:00-da satışa çıxarılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 753 reys həyata keçirilib, 30 624 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Həftənin ən çox oxunanları

Bakıda iki prospektdə avtobusların hərəkəti məhdudlaşdırılır

Bakıda iki prospektdə avtobusların hərəkəti məhdudlaşdırılır
DAVAMIN OXU davamın oxu

Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI

Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
DAVAMIN OXU davamın oxu

"Sahil" metrostansiyasının qarşısındakı səkilər genişləndirilib

DAVAMIN OXU davamın oxu

“Culfa” tankerinin təmiri başa çatıb

“Culfa” tankerinin təmiri başa çatıb
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib

Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib
DAVAMIN OXU davamın oxu