Qarabağ və Şərqi Zəngəzurda daha bir universitet yaradıla bilər - AÇIQLAMA

Qarabağ və Şərqi Zəngəzurda daha bir universitet yaradıla bilər - AÇIQLAMA
12.09.2024 15:38
Aa
dəq

Təhsil müəssisələrinin açılmasına sayılı günlər qalıb. Şəhər və bölgələrlə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil infrastrukturu və təhsil müəssisələrinin yenidən fəaliyyətə başlaması diqqət mərkəzindədir. Bu il Xankəndi şəhərində Qarabağ Universiteti, paytaxtda isə Türkiyə-Azərbaycan Universiteti tədris həyatına başlayır.

Bəs bu iki universitet Azərbaycanın təhsil sahəsində inkişafına necə təsir göstərəcək?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan millət vəkili Tural Gəncəliyev bildirib ki, universitetin Xankəndidə açılması ilə minlərlə tələbə artıq bu universitetə qəbul olunub.

“Qarabağ Universiteti mənim üçün çox əziz, şəxsi mənada önəmli universitetdir. Çünki, mənim atam 1975-1980-ci illər ərzində Xankəndidə olan universitetin tarix fakültəsini bitirib. İndi bu universitetin yenidən fəaliyyətə başlaması, tariximizin, təhsil ənənələrimizin yenidən bərpa edilməsi məni çox sevindirir.

Tural Gəncəliyev: Azərbaycanın Qarabağ bölgəsində bir nəfər də erməni  terrorçusu qalmamalıdır - AZƏRTAC

Bu təhsil müəssisəsinin fəaliyyətini bərpa etməsi və yenidən fəaliyyətə başlaması, Xankəndi şəhərinin canlanmasına, həyatının yenidən dirçəlməsinə xidmət edəcək. Çünki, tələbələr, gənclər aparıcı qüvvədir və onların hesabına Xankəndi şəhəri o gözəl enerjisini geri qaytaracaq”.

Deputat qeyd edib ki, Türkiyə-Azərbaycan Universiteti həm güclü təhsil müəssisəsi kimi, həm də strateji, geosiyasi alınan bir qərarla fəaliyyətə başlayacaq. Bu universitet Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər dərin, qardaşlıq münasibətlərimizin nə qədər səmimi olduğunu göstərir. Çünki, dünyada bu kimi universitetlər adətən iki ölkə arasında münasibətlərin göstəricisi kimidir.

Türkiyə universitetlərinin dünyanın ən tanınmış, yüksək səviyyəli standartlara cavab verən universitetlər olduğunu deyən T.Gəncəliyev bildirib ki, Türkiyə-Azərbaycan birgə Universitetinin yaradılması da bizim təhsil sistemimizin yeni standartlara keçidi deməkdir.

Deputat hesab edir ki, Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması onu göstərir ki, bizim Qarabağımız elm mərkəzinə, elm vadisinə çevriləcək. İşğaldan azad edilmiş ərazilərimizin ən gözəl bərpası, məhz həmin o ərazilərin intellektual potensialının bərpa edilməsi deməkdir ki, bu da həmin ərazilərdə güclü elm potensialının, güclü insan kapitalının və resursun olmasıdır.

“Türkiyə-Azərbaycan Universiteti regionda baş verən dəyişikliklərin bir aynasıdır. Türkiyə-Azərbaycan Universiteti hesab edirəm ki, gələcəkdə Türk Dövlətləri Təşkilatı və dərinləşməkdə olan Türk Dünyasının inteqrasiyası nəticəsində bütün Türk Dünyasının universitetinə çevriləcəkdir. Məncə Türk Dünyasının artan ürəyi təhsildə də Azərbaycanda olacaqdır. Necə ki, geosiyasi və geoiqtisadi ürəyi də Azərbaycanda atır”, - deyə millət vəkili qeyd edib.

Digər müsahibimiz millət vəkili Ceyhun Məmmədov bu il Azərbaycan təhsilində bir çox önəmli dəyişikliklərin olduğunu bildirib.

Rektor Ceyhun Məmmədov: Dini terminlər lüğəti üzərində çalışırıq / Новости  / Hовости / Азербайджанский Институт Теологии

“Qarabağ Universitetinin yaradılmasının xüsusi əhəmiyyəti, aspekti var. Uzun illər Xankəndi işğal altında idi, ermənilər universitetin adını da dəyişmişdilər. Qarabağ Universiteti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni vəhşiliklərinin ifşası baxımından da xüsusi önəm daşıyır. Biz artıq Qarabağın bu istiqamətdə fəaliyyətini görmüşük. Qarabağ Universiteti bizim üçün milli məsələ olmaqla yanaşı, Qarabağın Azərbaycana məxsusluğunu daha da gücləndirən amildir”.

Qarabağ Universiteti Azərbaycan təhsilinin inkişafına təkan verəcək. Qarabağ Universitetinə ən yüksək bal toplayan gənclər meyil göstərdilər. Yeni yaranmış universitet üçün belə bir göstərici, belə bir rəqəm hesab edirəm ki, kifayət qədər yüksəkdir”, - deyə deputat qeyd edib.

C.Məmmədov hesab edir ki, Bakıdan universitetləri köçürməkdənsə, bölgələrdə yeni universitetlər yaradaraq bu prosesə töhfə verə bilərik. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda daha bir universitetin yaradılması məsələsinə baxıla bilər.

“Türkiyə-Azərbaycan Universitetin yaradılması da çox önəmlidir. Bu gün biz Türkiyə-Azərbaycan əlaqələrinin sürətlə inkişaf etdiyini, münasibətlərimizin yeni bir mərhələyə daxil olduğunu müşahidə edirik. Bu mənada bu universitetin yaradılması, Türkiyə universitetlərinin əldə etdiyi uğurlarının, təcrübəsinin Azərbaycanda tətbiqi, həmçinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından da çox önəmlidir”, - deyə millət vəkili sonlandırıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu