Əsas məzmuna keç

Qarabağ Universitetində yeni TƏYİNAT

Qarabağ Universitetində yeni TƏYİNAT

bu barədə Universitetdən məlumat verilib. Abdulxaliq Məmmədli İstanbul Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə bakalavriat, Azərbaycan...

BŞ-nin Universiteti (CVU) ilə Dövlət Pedaqoji Universiteti (ADPU) arasındakı ikili diplom proqramının məzunu Abdulxaliq Məmmədli Universitetinin Mükəmməllik mərkəzinə direktor təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Universitetdən məlumat verilib.

Abdulxaliq Məmmədli İstanbul Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin təşkili və idarə olunması ixtisası üzrə magistratura səviyyələrində alıb. Sonra ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə ADPU arasındakı ikili diplom proqramında təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ikinci dəfə magistratura təhsili alıb. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil İnstitutunda təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə doktorantura səviyyəsini bitirib.

Abdulxaliq Məmmədli 2012–2017-ci illərdə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) müəllim, Test mərkəzinin rəhbəri və ingilis dili üzrə metodbirləşmə rəhbəri vəzifələrində çalışıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…