Operativ Məlumat Mərkəzi

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək

1 dəq
Paylaş:
Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək
bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb. Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır: -...

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

- magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrıayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

- doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

- orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

- elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.

Bu xəbəri paylaş

Oxşar xəbərlər