“Qarabağ” II təsnifat mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB

“Qarabağ” II təsnifat mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB
19.07.2023 21:55
Aa
dəq

Qarabağ” UEFA Çempionlar Liqasında I mərhələni keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb.

Bir həftə əvvəl “Viktoriya” stadionunda 2:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə rəqib qapısından 4 cavabsız qol keçiriblər - 4:0.

Qarşılaşmada hesabı 7-ci dəqiqədə fransalı yarımmüdafiəçi Abdullah Zubir açıb. Fasilə ərəfəsində ağdamlılar fərqi iki topa çatdırıblar. 45+1-ci dəqiqədə Bəhlul Mustafazadə başla vurduğu dəqiq zərbə ilə rəqibi məyus edib.

Fasilədən dərhal sonra qonaqlar növbəti dəfə mərkəzə dəvət olunublar. 49-cu dəqiqədə albaniyalı hücumçu Redon Cica topu boş qapıdan keçirməkdə çətinlik çəkməyib. “Qarabağ” bununla da kifayətlənməyib. 62-ci dəqiqədə monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçin zərbəsi qarşısıalınmaz olub və Azərbaycan çempionu 4:0 hesablı qələbə qazanıb.

Darmadağınla II təsnifat mərhələsinə yüksələn “Qarabağ” burada Polşa çempionu “Rakuv”a rəqib olub. İlk oyun iyulun 26-da Polşada olacaq.

20:00 ***

Bakıda "Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü albaniyalı Eldorjan Hamitinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, səfərdəki ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1.

19:00 ***

Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln”un start heyətləri açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ” (Azərbaycan): 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 81. Kevin Medina, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

“Linkoln” (Cəbəllütariq): 23. Deyl Kolinq, 6. Bernardu Lopeş (k), 24. Con Sarcent, 21. Nano, 5. İbrahim Ayu, 88. Mandi, 20. Mustafa Yahaya, 10. Liam Uoker, 66. İtan Britto, 9. Kike Qomes, 7. Li Kasyaro
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Acayi, 11. Xuampe, 17. Marko Rosa, 19. Xuan Penya, 29. Roy Çipolina, 31. Conatan Şortino, 33. Cumaney Börnet, 77. Kayl Klinton
Baş məşqçi: Xavi Munyos

Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. İyulun 11-də “Viktoriya” stadionundakı ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu