Operativ Məlumat Mərkəzi

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində qələbə qazanıb

2 dəq
Paylaş:
"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində qələbə qazanıb
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. "Operativ Məlumat Mərkəzi-OMM"nin məlumatına görə, Qurban Qurbanovun yetirmələri...

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM"nin məlumatına görə, Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda ilk oyununu keçirib.

“Neftçi” fransalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb

Superliqanın yeni layihəsi bəlli olub

2022-ci ilin ən yaxşı futbolçusu adına 3 namizəd bəlli olub.

Ağdam klubu Belçikanın “Gent” klubunu qəbul edib.

Oyunun ilk hissəsi qolsuz başa çatıb.

İkinci hissədə hücumlarının kəsərini artıra “köhlən atlar” 52-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi qazanıb.

Lakin hücumçu Ramil Şeydayev bu imkandan yararlana bilməyib.

Buna baxmayaraq, Ağdam klubu hesabı açmağı bacarıb.

Matçın 78-ci dəqiqəsində yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib – 1:0.

Beləlikə oyun minimal hesabla Azərbaycan təmsilçisinin xeyirinə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər