Əsas məzmuna keç

"Qarabağ" Finlandiya klubuna qalib gəlib

"Qarabağ" Finlandiya klubuna qalib gəlib

Qarabağ UEFA Avropa Liqasında HİK-i 2:1 hesabı ilə məğlub etdi. III təsnifat mərhələsinin ilk oyunu.

"" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, "köhlən atlar" III mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qarşılaşmada hesabı 4-cü dəqiqədə çempionundan Marko Yankoviç açsa da, VAR hakimləri ofsayd qeydə alıblar. Nəticədə "Qarabağ"ın qolu ləğv edilib. Bununla belə, Qurban Qurbanovun komandası 55-ci dəqiqədə Leandro Andrade ilə ilk qolu vurublar. 77-ci dəqiqədə qonaqlardan Entoni Olusanya hesabı bərabərləşdirib. Son nöqtəni isə 85-ci dəqiqədə "Qarabağ"ın yeni transferi Juninyo qoyub.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…