“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq

“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq
02.06.2024 11:01
Aa
dəq

“Qarabağ” 10-cu dəfə mübarizə aparacağı Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, buna turnirin klub bölgüsündəki yenidən balanslaşma səbəb olub.

Çempionlar Liqasının finalında “Real” Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlib. Madrid klubunun turnirə vəsiqəni La Liqadan da qazanması təsnifat mərhələlərinin ən yüksək reytinqli iştirakçılarının yarışa qoşulacağı raundları dəyişib. “Qarabağ”la “Ferensvaroş” II təsnifat mərhələsinə, Zaqreb “Dinamo”su pley-offa, “Şaxtyor” Liqa mərhələsinə yüksəlib.

“Qarabağ” komandasının qatılacağı II təsnifat mərhələsinin oyunları iyulun 23-24-də və 30-31-də keçiriləcək. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq.

Çempionlar Liqasının I təsnifat mərhələsində 28 komanda mübarizə aparacaq. II təsnifat mərhələsinin püşkündə yarışa bu raunddan qatılacaq 10 klub və 14 cüt iştirak edəcək.

Turnirə II təsnifat mərhələsindən qoşulacaq klublar: "Qarabağ" (Azərbaycan), "Ferensvaroş" (Macarıstan), PAOK (Yunanıstan), “Bodo Qlimt” (Norveç), “Midtulland” (Danimarka), “Malmö” (İsveç), “Sparta” (Çexiya), APOEL (Kipr), “Makkabi” (Təl-Əviv, İsrail), “Yagelloniya” (Polşa).

Turnirə I təsnifat mərhələsindən başlayacaq komandalar: "Slovan" (Slovakiya), “Lüdoqorets” (Bolqarıstan), HİK (Finlandiya), "Flora" (Estoniya), "Styaua" (Rumıniya), "Klaksvik" (Farer adaları), "Şemrok Rovers" (İrlandiya), “Linkoln” (Cəbəllütariq), TNS (Uels), RFS (Latviya), “Petrokub” (Moldova), “Balkani” (Kosovo), “Pünik” (Ermənistan), "Dinamo" (Batumi, Gürcüstan), "Selye" (Sloveniya), "Hamrun" (Malta), "Larne" (Şimali İrlandiya), "Dinamo" (Minsk, Belarus), "Panevejis" (Litva), "Ordabası" (Qazaxıstan), "Vikinqur" (İslandiya), “Struqa” (Şimali Makedoniya), “Differdanj” (Lüksemburq), “Deçiç” (Monteneqro), “Santa Koloma” (Andorra), "Virtus" (San-Marino), “Borats” (Bosniya və Herseqovina) və “Eqnatiya” (Albaniya).

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu