Operativ Məlumat Mərkəzi

"Qarabağ" 10-cu dəfə Azərbaycan çempionu oldu

1 dəq
Paylaş:
"Qarabağ" 10-cu dəfə Azərbaycan çempionu oldu
görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə da Ağdam təmsilçisi sona 2 tur qalmış xallarının sayını 87-yə yüksəldib və 2-ci yerdəki...

Misli Premyer Liqasında 34-cü turunda bu gün "Qarabağ" "Səbail"in qonağı olub.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Nəticədə da Ağdam təmsilçisi sona 2 tur qalmış xallarının sayını 87-yə yüksəldib və 2-ci yerdəki "Sabah" (33 oyun, 77 xal) üçün əlçatmaz olub. Bununla da "Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub.

"Qarabağ" belə nəticə ilə Azərbaycan rekordunu qırıb. İndiyədək heç bir komanda 10 dəfə ölkə çempionu ola bilməyib.

“Neftçi”nin aktivində 9 çempionluq var.

Əlavə edək ki, turun digər oyunları 14 və 17 may tarixlərində keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər