Qara dəniz enerji kabelinin çəkilməsi layihəsinin perspektivliyi təsdiqlənib

Qara dəniz enerji kabelinin çəkilməsi layihəsinin perspektivliyi təsdiqlənib
13.08.2024 15:00
Aa
dəq

Beynəlxalq texniki-iqtisadi əsaslandırma (TİƏ) Azərbaycanın təşəbbüskarı olduğu Qara dəniz “yaşıl enerji” kabelinin tikintisi layihəsinin iqtisadi və texniki cəhətdən səmərəliliyini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

2022-ci ildən həyata keçirilən texniki-iqtisadi əsaslandırma “Gürcüstan Dövlət Elektrik Sistemi” dövlət şirkətinin sifarişi, eləcə də Dünya Bankı və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dəstəyi ilə İtaliyanın CESI konsaltinq şirkəti tərəfindən hazırlanıb.

“Bu araşdırmaya əsasən, Qara dəniz sualtı kabel layihəsi perspektivli olmaqla yanaşı, texniki və iqtisadi cəhətdən də həyata keçirilməsi mümkündür”, - məlumatda bildirilib.

Qeyd olunub ki, araşdırma çərçivəsində elektrik kabelinin optimal xarakteristikası müəyyən edilib, tikinti xərcləri hesablanıb və layihənin iqtisadi təhlili aparılıb. Həmçinin kabelin quru və dənizdəki hissələrinin ilkin marşrutu müəyyən edilib, layihənin icra planı və satınalma strategiyası hazırlanıb. Dəniz dibinin geotexniki, geofiziki, ekoloji və arxeoloji tədqiqatlarının aparılması üçün tələb olunan işlərin təsviri və tenderlə bağlı texniki tapşırıq da hazırlanıb.

2025-2026-cı illərdə ətraf mühitə və sosial təsirlə bağlı tədqiqatlar, eləcə də layihənin dəniz dibinə təsirinin qiymətləndirilməsi həyata keçiriləcək.

2024-cü ilin may ayında “Transelectrica” və layihədə iştirak edən digər ölkələrin tərəfdaş operatorları olan “AzərEnerji” (Azərbaycan), “Georgian State Electrosystem” (Gürcüstan) və MVM (Macarıstan) arasında layihə üzrə şirkətin yaradılması haqqında memorandum imzalanıb. Adı hələlik məlum olmayan yeni birgə müəssisənin baş ofisi Buxarestdə yerləşəcək.

Kabel Azərbaycanda istehsal edilən “yaşıl elektrik enerjisi”nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulub. Kabel 3-4 il ərzində çəkiləcək.

Avropa Komissiyası bu layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Həftənin ən çox oxunanları

Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq

Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq
DAVAMIN OXU davamın oxu

Binəqədinin qaz təchizatında fasilə yaranacaq

Binəqədinin qaz təchizatında fasilə yaranacaq
DAVAMIN OXU davamın oxu

Azərbaycan 3 ölkə ilə birgə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə Birgə Müəssisə təsis edilib

Azərbaycan 3 ölkə ilə birgə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə Birgə Müəssisə təsis edilib
DAVAMIN OXU davamın oxu

Tərtərdə traktor qaz xəttini zədələyib, 22 kənd qazsız qalıb

Tərtərdə traktor qaz xəttini zədələyib, 22 kənd qazsız qalıb
DAVAMIN OXU davamın oxu

SOCAR Xorvatiyaya qaz təchizatına başlayıb

SOCAR Xorvatiyaya qaz təchizatına başlayıb
DAVAMIN OXU davamın oxu