Qanunsuz ov tüfəngləri saxlayanlar tutuldu

Qanunsuz ov tüfəngləri saxlayanlar tutuldu
26.01.2023 18:58
Aa
dəq

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi - OMM"-yə verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son iki gün ərzində keçirilən tədbirlər zamanı rayon sakinləri – Asiman Gərayev, Fazil İsayev, Natiq Hüseynov və Tural İbrahimovdan qanunsuz olaraq saxladıqları ümumilikdə 4 ədəd “İJ”, eləcə də “Toz” markalı ov tüfəngi aşkarlanıb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, yanvar ayı ərzində isə rayon polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə müvafiq sənədləri olmayan ümumilikdə 5 tüfəng vətəndaşlardan aşkar edilərək götürülüb.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu