Operativ Məlumat Mərkəzi

Qananın müdafiə naziri helikopter qəzasında həlak olub

1 dəq
Paylaş:
Qananın müdafiə naziri helikopter qəzasında həlak olub

Qananın müdafiə naziri Edvard Oman Boamah hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ordu Qərargah rəisi Julius Debra məlumat verib.

Boamah helikopterdə ətraf mühit, elm, texnologiya və innovasiya naziri İbrahim Murtala Məhəmməd, keçmiş qida naziri Samuel Sarponq, keçmiş parlament namizədi Samuel Aboaqye, milli təhlükəsizlik üzrə koordinator müavini Alhaji Muniru Muhammed və üç ekipaj üzvü ilə birlikdə olub. Onların heç biri sağ qalmayıb.

Qəza Aşanti bölgəsində baş verib. Z-9 helikopteri mədən forumuna gedərkəm bir anda radardan itib. Qəzanın səbəbləri araşdırılır.

Qana prezidenti Con Dramani Mahama mərhumların ailələrinə başsağlığı verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər