"Qaldırdığımız məsələ hələ də kar qulaqları və kor gözləri açmır"- Vüqar İsgəndərov

"Qaldırdığımız məsələ hələ də kar qulaqları və kor gözləri açmır"- Vüqar İsgəndərov
03.04.2023 19:58
Aa
dəq

Hazırda Azərbaycan dünyada mina ilə çirklənmiş ölkələr siyahısında baş sıraları tutur. Erməni faşistlərinin 30 illik işğalı dövründə işğaldan azad olunmuş ərazilərimizə başdan-ayağa minalar basdırıb.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Millət Vəkili Vüqar İsgəndərov deyib.

"2020-ci il bəyanatından, yəni 44 Günlük Vətən Müharibəsindən sonra həmin ərazilərdə son məlumatlara görə, 288 mina partlayışı baş verib və Azərbaycanın hərbçiləri yaxud mülki insanları yaralanıb ə ya həlak olub. Ümumilikdə 50 nəfər həlak olub, digərləri isə ömürlük şikəst qalıb.

Bu özü terrorun daha ağır formalarından biridir. Çünki müharibə qanunları var. Hərbi faza bitəndən sonra sənədlər imzalanır və tələblər bir-birinə mina xəritələrini təqdim edirlər. Bu xəritələrlə hər iki tərəf mina basdırılması ilə bağlı təmizlənməni təmin etməlidir".

Deputat qeyd edib ki, lakin terrorçu dövlət olan Ermənistan həmin xəritələri təqdim etmədi. Təqdim etdiyi xəritələrin 20%-i doğruluğunu, 80%-i isə yalan olduğu sübut olundu. Bu isə öz növbəsində ikiqat terror deməkdir:

"Bunun hər biri bugünkü Ermənistan dövlətinin terroru dəstəkləməsi, insanlığa, bəşəriyyətə yad və qənim kəsilən prinsiplərlə siyasət keçirməsi göz önündədir . Bu gün də bir hərbçimizin mina partlaması nəticəsində şəhid olması həqiqətən də, artıq bir siqnaldır. Rəsmi Bakı dəfələrlə bununla bağlı beynəlxalq təşkilatlara, cənab prezidentin fərdi, həm işgüzar dövlət rəsmi səfərlərində, həm də beynəlxalq platforma görüşlərində bu məsələni qabardır və beynəlxalq hüququn çalışmadığını bəyan edir. Bu məsələdə BMT başda olmaqla digər böyük beynəlxalq təşkilatlar, dövlətlər hələ də Ermənistanı qınaması və Ermənistan üçün hansısa bir sanksiyaların tətbiq olunmasını təmin etməməsi ilə hələ də selektiv yanaşmanı, ikili münasibətləri  bir daha göstərmiş olur. 

Digər məsələ minaların təmizlənməsi çox zaman və həddindən artıq maliyyə yükü olan məsələdir. Bu uzunmüddətli zaman ərzində Azərbaycan eyni anda minaların təmizlənməsi ilə, həm də həmin ərazilərdə böyük bərpa-quruculuq, tikinti işləri həyata keçirir. Həmin ərzailərdə tikinti işlərinin miqyası çox böyükdür. Minanın basdırılması həmçinin öz yerində tikinti işlərinin görülməsini çətinləşdirir. Əsasən də həmin ərazilərdə məcburi köçkünlərin öz torpaqlarına qayıtması prosesinə də mənfi təsir göstərir. Bunlarla yanaşı ekologiya, gen nəsillərinin terrora və digər məsələlərə məruz qalması prosesinə də zərər vurur. 

Biz beynəlxalq hüquq normalarına uyğun gələn, qaldırdığımız ciddi məsələ hələ də bir çox kar qulaqları və kor gözləri açmır. Müasir beynəlxalq hüquq bir daha çalışmadığını, kimlərinsə marağı ilə hərəkət etdiyini göstərir. Bu isə təbii ki, təəssüf doğurur və düşünürük ki, 44 Günlük Vətən Müharibəsində Azərbaycan beynəlxalq hüquq və ədaləti bərpa etdiyi kimi bu işlərin də öhdəsindən öz gücünə müvəffəqiyyətlə qalib gələcək".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu