QAİ Ararat Mirzoyana cavab verib

QAİ Ararat Mirzoyana cavab verib
Qərbi Azərbaycan
27.10.2023 22:04
Aa
dəq

Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana cavab verib.

İcmadan "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan bəyanatda deyilir:

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın Qarabağ bölgəsinə UNESCO missiyasının göndərilməsinin vacibliyi ilə bağlı açıqlama vermişdir.

Sülhdən, sülh müqaviləsindən agızdolusu danışan Ermənistanın hələ də Azərbaycanın suverenliyini təhdid edən, onun daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilən belə açıqlamaları tamamilə qəbuledilməzdir.

Qərbi Azərbaycan İcması hesab edir ki, A.Mirzoyan başda olmaqla erməni diplomatiyasının UNESCO ilə bağlı ilk işi Azərbaycan xalqının mədəni irsinin monitorinqi məqsədilə bu təşkilatın faktların araşdırılması missiyasının Ermənistana səfərinə imkan yaratmaq olmalıdır”.

Həftənin ən çox oxunanları