Operativ Məlumat Mərkəzi

“Qafqaz Qartalı - 2024” təlimi davam edir - VİDEO

1 dəq
Paylaş:
“Qafqaz Qartalı - 2024” təlimi davam edir - VİDEO
Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” təlimi davam edir. Bu...

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” təlimi davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

"Qafqaz Qartalı - 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər