Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın Ali Rəhbərinə başsağlığı verib

Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın Ali Rəhbərinə başsağlığı verib
20.05.2024 18:48
Aa
dəq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.

"Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki – İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, Zati-həzrətlərinizin Şərqi Azərbaycan üzrə nümayəndəsi – Təbrizin imam-cüməsi Ayətullah Əli Haşimin və müşayiət edən digər rəsmi şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı. Bu hüznlü matəm günündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyib, kədərinizə şərik olduğumuzu ifadə edir, İranın Ali Rəhbəri olaraq Sizə və həzrətlərinizin simasında həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan, Azərbaycan və Qafqaz müsəlmanları adından dərin hüznlə başsağlığı verir, Allah-Təaladan həlak olanlara rəhmət diləyirəm. Allah dərgahında uca məqam olan şəhidlik mərtəbəsinə ucalmış mərhumların nəsibi, inşallah, cənnət olar. Qədirbilən müsəlmanlar, o cümlədən, Azərbaycan müsəlmanları İran xalqının hüznünə şərik olaraq, İranın dəyərli şəxsiyyətlərinin xatirəsinə Quran oxuyur, dualar edirlər. Ruhları şad olsun!", - deyə başsağlığı mətnində bildirilib.

Qeyd edilib ki, Prezident Seyid İbrahim Rəisi ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimi olub:

"Uca Peyğəmbərimiz Məhəmməd Salavatullahın nəslinə mənsub mübarək şəxs idi. İran-Azərbaycan əlaqələrinin inkişafı, mehriban qonşuluq münasibətlərinin dərinləşməsi üçün səylərini əsirgəməmiş Prezident Rəisinin xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Əminik ki, qəzavü-qədər İran xalqının sarsılmaz iradə və əzmini qırmayacaqdır və Sizin müdrik rəhbərliyinizlə İran dövləti yeni nailiyyətlərə yetişəcək, inşallah! Uca Allah Öz Lütf və Mərhəmətilə qardaş xalqlarımız və dövlətlərimizi hər zaman ucada qərar versin və hifz etsin! Amin!".

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu