Operativ Məlumat Mərkəzi

Qadını şantaj edən şəxs tutulub

1 dəq
Paylaş:
Qadını şantaj edən şəxs tutulub
Sumqayıtda qadını hədələyən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Sumqayıt...

Sumqayıtda qadını hədələyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın bir nəfərin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 300 manatını almasını, sonradan isə yenidən hədələməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Corat qəsəbə sakini Pərvin Bayramov müəyyən olunaraq saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər