Əsas məzmuna keç

“Qəbələ” onunla anlaşdı

“Qəbələ” onunla anlaşdı

“Qırmızı-qaralar” nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb. 31 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.Karyerasına İrlandiyanın “Bray...

ru

“Qəbələ” qış fasiləsində ikinci transferini reallaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Qırmızı-qaralar” nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb. 31 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.

Karyerasına İrlandiyanın “Bray Wanderers” komandasında başlayan futbolçu daha sonra bu ölkədə “Bohemians” və “Waterford” kimi klublarda çıxış edib.

Son klubu Super Liqa təmsilçisi “Andijon” olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb. Akinade həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…