Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq görülür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti"yə diplomatik mənbədən bildirilib.
Qeyd edilib ki, səfərin tarixi hələ müəyyənləşməyib.
Vurğulanıb ki, Rusiya Prezidentinin mart ayında keçiriləcək prezident seçkilərinə qədər Türkiyəyə səfəri planlaşdırılmır.
Putinin Türkiyəyə səfərinin aprelin sonu, mayın əvvəlində baş tuta biləcəyi bildirilir.