Əsas məzmuna keç

Putinin həbsinə order verilib

Putinin həbsinə order verilib

buna səbəb onun törətdiyi hərbi cinayətlər, Ukraynaya qanunsuz hücumu olub. Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il...

Beynəlxalq cinayət məhkəməsi prezidenti Vladimir Putinin həbsi ilə bağlı verib.

"Operativ Məlumat Mərkəzi - OMM" BBC-ə istinadən xəbər verir ki, buna səbəb onun törətdiyi hərbi cinayətlər, Ukraynaya qanunsuz hücumu olub.

Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır. Açıqlamada vurğulanıb ki, Rusiya Prezidenti Vladimir Putinin yuxarıda qeyd olunan cinayətlərə görə fərdi cinayət məsuliyyəti daşıdığını düşünmək üçün ağlabatan əsaslar var.

Rusiya nazirliyinin sözcüsü Mariya Zaxarova qərarı "Rusiya üçün bu qərarın heç bir fərqi olmadığını" bildirib.

“Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı deyil və ona görə daşımır. Rusiya bu qurumla əməkdaşlıq etmir və Beynəlxalq Ədalət Məhkəməsindən gələn mümkün həbs “reseptləri” bizim üçün qanuni olaraq etibarsız olacaq”, - Zaxarova qeyd edib.

Məlik Məlikov

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…