Operativ Məlumat Mərkəzi

Putin Xəzərin problemlərinin araşdırılması üçün elmi təhlil aparılmasını tapşırıb

1 dəq
Paylaş:
Putin Xəzərin problemlərinin araşdırılması üçün elmi təhlil aparılmasını tapşırıb
o, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşdə bu mövzuya toxunub. Eyni zamanda, dövlət başçısı bildirib ki, bu mövzunu Azərbaycan...

Rusiya Prezidenti Vladimir Putin Xəzərin dayazlaşmasının qarşısını almaq üçün elmi təhlil aparmağı tapşırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, o, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşdə bu mövzuya toxunub.

Eyni zamanda, dövlət başçısı bildirib ki, bu mövzunu Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edib: “Bu yaxınlarda Azərbaycanda idim. Azərbaycan Prezidenti, Xəzərin dayazlaşmasına diqqət çəkdi. İlham Əliyev Həştərxan vilayəti ilə qarşılıqlı təsir haqqında çox səmimi danışdı”.

V.Putin Xəzər dənizinə kömək üçün yaxın gələcəkdə görülməsi zəruri olan məsələlərə toxunub, Volqa və Xəzər dənizi regionunda baş verən hadisələrin elmi təhlillərin aparılması barədə göstərişlər verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər