Operativ Məlumat Mərkəzi

Putin: Ukrayna mülki şəxslərə hücum edərək seçkilərə təsir göstərməyə çalışır

1 dəq
Paylaş:
Putin: Ukrayna mülki şəxslərə hücum edərək seçkilərə təsir göstərməyə çalışır

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə onlayn görüş keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iclasda Rusiyanın müdafiə naziri Sergey Şoyqudan başqa hökumət üzvləri, o cümlədən Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin iştirak edib.

İclasın mətbuata açıq hissəsindəki çıxışında Putin Rusiyada prezident seçkilərinin bu gün başladığını bildirib.

Ukraynanın atdığı raket və artilleriya qurğularının 95 faizinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayan Putin, "Təəssüf ki, mülki itkilərimiz də var. Onların ailələrinə lazım olan hər cür yardım və dəstək göstəriləcək. Düşmənin bu hücumları cəzasız qalmayacaq", - deyə bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər