Əsas məzmuna keç

Putin sevgilisi üçün villa aldı

Putin sevgilisi üçün villa aldı

Rusiyada müxalifətin qadağan olunmuş “Project” saytı, Putin ən azı üç uşaq anası olduğu deyilən Kabayeva üçün “Rusiyanın ən böyük evi”ni aldığını irəli...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

prezidenti Vladimir Putinin “ sevgilisi” olduğu keçmiş olimpiya idmançısı Alina Kabayevaya illərdir sərvət xərclədiyi iddia edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Rusiyada müxalifətin qadağan olunmuş “Project” saytı, ən azı üç uşaq anası olduğu deyilən Kabayeva üçün “Rusiyanın ən böyük evi”ni aldığını irəli sürüb. Şəhərin kənarındakı taxta evin keçmiş gimnastın gizli sahib olduğu bir çox yaşayış yerlərindən biri olduğu bildirilir.

Qeyd olunub ki, Kabayeva üçün xüsusi olaraq tikilən villada uşaqlar üçün çoxlu oyun meydançaları var.

Project-in hesabatına əsasən, Putin heç vaxt açıqlamadığı gizli sevgilisi üçün bir qismi qeyri-qanuni yolla əldə edilən milyonlarla funt-sterlinq xərcləyib.

Rusiya liderinin sevgilisi üçün aldığı mülklər arasında Soçidə 2600 kvadratmetrlik villa da var. Putinə yaxın şəxs olan Oleq Rudnovun adına rəsmiləşdirilən 20 otaqlı villada kinoteatr, hovuz, helikopter meydançası və spa kimi xüsusi yerlər də var.

Putinin sevgilisinə məxsus digər mülklər Kabayevanın nənəsi Anna Zatsepilina və digər qohumlarının qeydiyyatındadır. Zatsepilinada rəsmi qeydiyyatdan keçmiş əmlakların dəyəri 10 milyon funt sterlinqdir.

O da əlavə edilib ki, Putinin sevimli sığınacağı olan Valday gölünün sahilindəki villa tərəfindən quraşdırılan hava hücumundan müdafiə sistemi ilə qorunur. Putinin bu evə gizli qatar stansiyasından yola düşərək zirehli qatarla getdiyi bildirilir.

Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalni daha əvvəl Putinə məxsus olduğu deyilən iqamətgahların fotolarını dərc etmişdi. Bu mülklərin dövlət vəsaiti hesabına əldə edildiyi iddia edilirdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…