Əsas məzmuna keç

Putin prezident seçkilərində öz nümayəndələri ilə görüşəcək

Putin prezident seçkilərində öz nümayəndələri ilə görüşəcək

bu barədə hazırkı prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib. Kreml nümayəndəsinin sözlərinə görə, görüşün tarixi artıq müəyyən edilib və...

Vladimir yaxın vaxtlarda Rusiyada keçiriləcək seçkilərində nümayəndələri ilə görüşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" "RİA "-yə istinadən xəbər verir ki, bu barədə hazırkı prezidentin katibi Dmitri Peskov məlumat verib.

Kreml nümayəndəsinin sözlərinə görə, görüşün tarixi artıq müəyyən edilib və yaxın vaxtlarda baş tutacaq.

Ötən il dekabrın sonunda Mərkəzi Seçki Komissiyası (MSK) 346 nəfəri Putinin etibarlı nümayəndəsi kimi qeydə alıb.

Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə martın 15-17-də keçiriləcək.

Hazırda Federasiyasının prezidenti postuna Leonid Slutski, Rusiya Federasiyası Kommunist Partiyasının üzvü Nikolay Xaritonov və Yeni Xalq Partiyasının nümayəndəsi Vladislav Davankov da daxil olmaqla 11 nəfər mübarizə aparır.

Mərkəzi Seçki Komissiyası fevralın 10-dan gec olmayaraq Rusiya Federasiyasının prezidenti vəzifəsinə bütün namizədlərin qeydə alınması barədə qərar qəbul edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…