Operativ Məlumat Mərkəzi

Putin Misir prezidentini Rusiyada keçiriləcək BRİCS sammitinə dəvət edib

1 dəq
Paylaş:
Putin Misir prezidentini Rusiyada keçiriləcək BRİCS sammitinə dəvət edib
bunu Rusiya prezidenti Vladimir Putin bildirib. Putin qeyd edib ki, Misirin BRİCS-ə qoşulması ilə məhsuldar əməkdaşlığın inkişafı üçün yeni və...

Rusiya BRİCS-in Kazan sammitində Misir prezidenti Əbdülfəttah əs-Sisini gözləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Putin qeyd edib ki, Misirin BRİCS-ə qoşulması ilə məhsuldar əməkdaşlığın inkişafı üçün yeni və perspektivli imkanlar yaranıb.

Rusiya lideri vurğulayıb ki, Rusiya Federasiyası Misirin bu assosiasiyaya tamhüquqlu üzv olmaq istəyini əvvəldən dəstəkləyib.

"Rusiyanın BRİCS-ə sədrliyi dövründə biz Misirin assosiasiyanın işinə səmərəli inteqrasiyasını təmin etmək üçün mümkün olan hər şeyi etməyə çalışacağıq. 200-dən çox BRİCS tədbiri planlaşdırılır və biz Misir nümayəndələrinin bu tədbirlərdə fəal iştirakını gözləyirik", - deyə Putin qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər