Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Omanda “Toska” tamaşasının premyerası olub

1 dəq
Paylaş:
Omanda “Toska” tamaşasının premyerası olub

Yanvarın 31-də Oman Sultanlığının paytaxtı Maskat şəhərində Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyerası olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin təqdimatında nümayiş olunan tamaşanı mədəniyyət naziri Adil Kərimli və Oman teatrının rəhbərliyi də izləyib.

Bildirilib ki, tamaşa əsas partiyadan Mario Kavaradossi rolunu tanınmış tenor, Azərbaycanın Xalq artisti Eyvazovun canlandırdığı səhnə əsəri böyük maraqla qarşılanıb.

Qeyd edək ki, səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib.

Azərbaycan kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı mədəniyyətimizin səviyyədə təbliği baxımından əhəmiyyətli hadisədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax