Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistana buğda Azərbaycandan tranzitlə daşınacaq -YENİLƏNİB

2 dəq
Paylaş:
Ermənistana buğda Azərbaycandan tranzitlə daşınacaq -YENİLƏNİB

Bu gün ərazisindən keçməklə Ermənistana buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Stansiyasından yola düşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, taxılın ümumi çəkisi 350 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 24 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Qeyd edək ki, sonuncu dəfə aprelin 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 349 ton Rusiya buğdası göndərilib.

***

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu ölkəyə 5 vaqon buğda tədarük olunacaq.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax