Aprelin 11-də Bakıda hava şəraitinin 16 dərəcə isti olacağı, rayonlarda isə yağış yağacağı gözlənilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz isə 13-16° isti təşkil edəcək.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz isə 60-70 % olacaq.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi isə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 6-8° isti, gündüz 15-20° isti, dağlarda isə gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.