Azərbaycanda yanvarın 29-u hava şəraitinin dəyişkən olacağı bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensivləşməsi ehtimalı var, gündüz isə tədricən kəsiləcək. Cənub-şərq küləyi axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2–5°, gündüz 6–10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu səviyyəsindədir, nisbi rütubət 80–85 % təşkil edəcək.
Rayonlarda isə hava şəraiti bəzi yerlərdə arabir yağıntılı, dağlıq ərazilərdə qar yağışı ilə müşayiət olunacaq. Yağıntının bəzi yerlərdə qısamüddətli intensivləşməsi mümkündür, gündüz isə yağışlar tədricən kəsiləcək. Bəzi ərazilərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0–5° isti, gündüz 6–11° isti, dağlarda gecə 3–8° şaxta, gündüz 0–3° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.