Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Horadiz–Ağbənd yolunda "ağıllı kənd" layihələri genişlənir

2 dəq
Paylaş:
Horadiz–Ağbənd yolunda "ağıllı kənd" layihələri genişlənir

magistralı boyunca "ağıllı " layihələri genişləndirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.

Onun sözlərinə görə, bu kəndlərdəki müasir şəhərsalma sakinlərin gündəlik ehtiyaclarını praktiki, təhlükəsiz və səmərəli şəkildə qarşılamaq üçün nəzərdə tutulub: "Məsələn, Ağalı kəndində biz təhsil müəssisəsini, səhiyyə müəssisəsini, ictimai xidmətləri görürük, otel var. Orada göl də görə bilərsiniz, bu, çayın birbaşa töküldüyü və su elektrik stansiyasının quraşdırıldığı göldür. Həmin su elektrik stansiyası bu gün təxminən 500 evdən və 500 ailədən ibarət iki kəndin enerjisini təmin etmək üçün tamamilə kifayətdir. ​Bu, təqdim etdiyimiz nümunələrdən yalnız biridir, lakin artıq icra etdiyimiz yeganə layihə deyil. Horovlu digər bir kənddir, tikintisi davam edən başqa kəndlər də var ki, orada da biz eyni ağıllı həlləri öz yolumuzla tətbiq edirik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax